
Hamiləlik zamanı COVID-19 virusundan necə qorunmalı?
- Hamilə qadınlar da bu xəstəliyi ya yüngül, ya da orta ağır vəziyyətdə - öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə hissinin itməsi əlamətlərinin müşayiətilə keçirir və sağalırlar...
- Bu əlamətlərin müşahidə edildiyi hamilə qadınlar xəstəxanada həkim nəzarəti altında olmalıdırlar.
- "Qızdırma verən ağır xəstəliklərdə vaxtından əvvəl doğuma gətirib çıxara bilər"
- Ancaq onu da qeyd edək ki, koronavirusla bağlı tənəffüs problemi olan qadınlarda körpənin yarımçıq doğulması yox, "Qeysər kəsiyi" adlı cərrahi müdaxilə vasitəsilə erkən doğum halları müşahidə edilə bilər.
- Koronavirusa yoluxan hamilə qadınlarda erkən doğum riskinin artmasıyla bağlı dəlillər yoxdur.
- Virus hamilə qadından körpəyə keçə bilərmi❓
- Bəli, keçə bilər. Bir neçə belə hala rast gəlinib, ancaq körpələrin vəziyyəti yaxşı olub və onların xəstəxanadan çıxarılmasına icazə verilib.
- Hamiləsinizsə və virusa yoluxduğunuzu düşünürsünüzsə, nə etməlisiniz❓
- Soyuqlama və ya buna bənzər əlamətlər hiss edirsinizsə, yeddi gün boyu evdən çıxmayın.
- Müntəzəm müayinələr üçün həkim qəbuluna yazılmısınızsa, klinikaya və ya həkiminizə vəziyyətiniz barədə məlumat verin.
- Ancaq vəziyyətiniz ağırlaşsa, səhiyyə müəssisələriylə əlaqə saxlamalısınız❗
27 Yanvar 2021
Yüklənir...