
Hepatit D Virusu
- D hepatiti qara ciyərin virus xəstəliyidir. Xəstəliyin törədicisi insan orqanizmində virusun tək yox, digər infeksiya ilə birlikdə inkişaf etməsinə səbəb olur. D hepatiti xəstəliyə qoşulan ikinci infeksiya adətən B hepatiti olur. Bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.
- Xəstəlik insana xəstə insanın şpirisindən istifadə edilən zaman yoluxur. Bəzi hallarda cinsi yolla və anadan dölə də keçə bilir.
- Yoluxmanın baş vermə halları
- =* Donor qanı köçürülən adamlar (1-2% hallarda) D hepatit virus gəzdiricisidir. Təkrar qan köçürülməyə məruz qalan adamlar xəstəliyə yoluxmaq üçün risk altındadırlar.
- * Başqasının şpirisindən istifadə edən adamlar da B və D virusuna yoluxmaq üçün risk altında olanlardır.
- * D virusu daşıyanla cinsi əlaqədə olmaq xəstəliyin yoluxma səbəblərindən biridir.
- * D hepatitinə yoluxan qadının hamilə qalması dünyaya gələn körpənin xəstə doğulmasına səbəb olur.
- * Tatuaj etdirən, iynə terapiyası götürən adamlar D hepatitinə yoluxmaq üçün risk altında olanlardan sayılır.
- Əksər hallarda D virus hepatiti B virus hepatiti ilə birlikdə baş verir. Xəstəlik yoluxduğu andan 1-6 ay müddətində patoloji əlamətlərini inkişaf etdirir. Xəstəlik ağır infeksiya xəstəliyi sayılır.
- Diaqnozun qoyulmasını laborator analizlər və qanın biokimyıvi göstəriciləri təsdiqləyir.
- Leyla Medical Center
- Sizin sağlamlığınız- bizim dəyərimizdir!
- Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
- Ətraflı məlumat: *0101
- Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
- ©️ Referans Medical Group
19 Fevral 2024
Yüklənir...