
Hipertoniya
- Bəzi insanlar yüksək təzyiqinin olduğundan xəbərsiz şəkildə öz həyatlarını davam etdirirlər.Lakin bu xəstəlik gizli qatil kimi zamanla orqanlara ziyan vurur və onları sıradan çıxararaq, orqan yetməzliyinə gətirib çıxarır.
 - Qan təzyiqinin 140/90 mm hg.st-dən artıq olması hipertoniyaya şübhə yaradır.
 - Lakin diaqnoz bir dəfə təzyiq ölçülməsi ilə qoyulmamalıdır. Bunun üçün mütləq həkimə müraciət edilməlidir.
 - HİPERTONİYANIN ƏLAMƏTLƏRİ:
 - - baş ağrısı
 - - baş dönməsi
 - - nəfəs darlığı
 - - ürəkdə çarpıntı
 - - görmə pozğunluğu və ikili görmə
 - - kəkələmə
 - - üzdə və bədəndə iynə batma hissi
 - HİPERTONİYANIN SƏBƏBLƏRİ:
 - - genetik faktor
 - - artıq çəki
 - - şəkərli diabet
 - - çox duz istifadəsi
 - - qeyri-aktiv həyat tərzi
 - - zərərli vərdişlər
 - - stres
 - Hipertoniya vaxtında müalicə edilmədikdə- insult, miokard infarktı, orqan çatışmazlığı, beyin qanamaları və s. kimi həyati təhlükə daşıyan risklər yarada bilər.
 - Məlumat üçün Mərkəzimizin Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratova @dr.habibsahratov təşəkkür edirik.
 
26 Yanvar 2023
Yüklənir...