
Leyla Medical Center-də baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama
- Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022 -ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent(Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunmuşdur.
- Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilmişdir (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106).
- Mərkəzimizə köçürülən pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılmışdır. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınmışdır.
- Qeyd: Leyla Medical Center-da baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilmiş və lazımi tədbirlər görülmüşdür.
- Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq, ictimai rəyi çaşdırmamaq məqsədilə haqqımızda paylaşılan hər bir xəbəri Leyla Medical Center-in mətbuat katibliyi ilə dəqiqləşdirmədən ictimailəşdirməsinlər.
24 Aprel 2022
Yüklənir...