
Əmziyi necə tərgidək?
- Əmzik 2 yaşdan sonra, uzağı 4 yaşa qədər mütləq tərgidilməlidir. Uşaq əmzikdən nə qədər çox istifadə edirsə onun nitqi bir o qədər gecikir, söz ehtiyatı azalır, çənədə əyilmələrə gətirib çıxarır (gələcəkdə breketlərə ehtiyac yaranır). Ağız suyu daim artdığına görə uşaqlar təkrarlayan yuxarı tənəffüs yolu infeksiyaları keçirir, gecə öskürəkləri yaranır.
- 2 yaşında uşaq sizin dediklərinizi anlamağa qadirdir. Ona, artıq böyüdüyünü, böyük uşaqların əmzikdən istifadə etmədiyini, əmziyin tez-tez çirkləndiyini izah edin. (lazımdırsa, dəfələrlə) Fikrini başqa, daha maraqlı şeylərə, sevdiyi yeməyə yönəldin. Ağzında əmzik görməyəndə sevindiyinizi bildirin. Mükafat olaraq onu həyətə, ya da sevdiyi bir yerə apara bilərsiniz.
- Ehtiyac olsa çeynəmək üçün oyuncaqlar alın.
- Bunun üçün neqativ addımlar yolverilməzdir! Əmziyi uşağın gözü qarşısında parçalamaq, atmaq, acılamaq, çirkli şeyə batırmaq, uşağı əmziyə görə danlamaq, lağa qoymaq, alçaltmaq, uşağa gülmək olmaz!
26 Dekabr 2021
Yüklənir...