
Qızılca xəstəliyinin diaqnostikasında Qızılca İgG və İgM testi
- Qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur.
- Simptomları:
- - yüksək hərarət,
- - quru öskürək,
- - qızarmış gözlər,
- - işığa həssaslıq,
- - burun axması,
- - boğaz ağrısı,
- - ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilər.
- Əksər insanlar bir neçə həftə ərzində sağalır, lakin təxminən 20%-də qulaq infeksiyaları, bronxit, pnevmoniya, ishal, ensefalit və korluq kimi ağırlaşmalar inkişaf edir.
- İmmun sisteminin patologiyası və ya A vitamini çatışmazlığı olan insanlarda, eləcə də yaxşı qidalanmayanlarda xəstələnmə riski daha yüksəkdir. Hamilə qadınlar üçün qızılca düşük və ya vaxtından əvvəl doğuş üçün təhlükəlidir.
- Qızılca virusu zamanı infeksiyaya cavab olaraq, orqanizm iki növ spesifik immunoqlobulin sintez edir: IgM və IgG.
- Əvvəlcə IgM sintez olunur. İgM səviyyəsi bir neçə gün ərzində maksimuma yüksəlir və sonrakı həftələrdə tədricən azalmağa başlayır.
- IgG sintezi bir az gec, infeksiyadan 2-4 həftə sonra başlayır, lakin onların konsentrasiyası bir neçə onilliklər ərzində davam edərək təkrar infeksiyaya qarşı qorunma təmin edir.
- İgG peyvənddən sonra da aşkar edilir, buna görə də qızılca virusuna qarşı immunitetin göstəricisi kimi təyin edə bilərlər.
- Sizin sağlamlığınız- bizim dəyərimizdir!
- Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
- Ətraflı məlumat: *0101
- Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
- ©️ Referans Medical Group
21 Noyabr 2023
Foto Qalereya

Yüklənir...