
Uşaq sağlamlıq mərkəzi
- Leyla Medical Center-in “Uşaq sağlamlıq mərkəzi” peşəkar həkimlərimiz ilə 7 gün 24 saat, fasiləsiz tibbi xidmət göstərməkdədir!
- Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə, xaricdə təhsil almış, təcrübəli Uzman Pediatr-Neonatoloqlar tərəfindən Beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlər, reanimasiya, intensiv terapiya, ikinci dərəcəli qulluq daxil geniş xidmətlər göstərilir.
- Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafının təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.
- Həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.
- Xidmətlərimiz:
- Ekstrim ağır və premature yenidoğulmaşların izləmi
- İlkin reanimasion tədbirlər
- Süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyası
- Surfaktantın yeridilməsi
- Mərkəzi damarların (göbək arteriyası və venası) kateterizasiyası
- Mübadilə qan köçürülməsi
- Fototerapiya
- Noninvanziv həyati əhəmiyyətli orqanların monitorinqi
- Neonatal skrining testləri
- Endokrin pozğunluğun təyini
- Bütün növ ultrasəs müayinələri
- Rentgenoqrafiya
- Laborator testlər
- Beynəlxalq standartlara uyğun təqvim üzrə bütün növ peyvəndlərin aparılması
- Doğumdan sonra kontrol müayinələr və peyvəndlər və s.
- Müalicə edilən xəstəliklər:
- Yenidoğulmuşların problemləri
- Uşaqlarda nefroloji xəstəliklər
- Endokrin sistem xəstəlikləri
- Qastrointestinal sistem xəstəlikləri
- Uşaq acil xəstəlikləri
- Sağlam uşaq inkişaf izlənməsi
- Uşaq reanimasiyası
- Uşaq allergik xəstəlikləri
- Uşaq infeksion xəstəlikləri və s.
- Ən dəyərlilərinizi bizə etibar etdiyiniz üçün sizə mərkəzimiz adından təşəkkür edirik!P
8 İyun 2022
Yüklənir...