Hər bir hamilə qadın hamiləlik dövründə minimal olaraq 4 dəfə ultrasəs müayinəsindən keçməlidir.

-Hamiləliyin 7-ci həftəsinə qədər - bu ərəfələrdə ultrasəs müayinəsi bizə normal hamiləliyi uşaqlıq boşluğunda təsdiq etməyə və bu müddətlərdə baş verən bir sıra patologiyaları aşkarlamağa imkan yaradır.
-Hamiləliyin 12-13 həftəsində - bu müddətlərdə aparılan ultrasəs müayinəsində döldə yaranmaq ehtimalı olan inkişaf qüsurlarını aşkar etmək mümkündür.
-Hamiləliyin 20-25 həftələrində - döldə 90 %-ə qədər yaranan inkişaf qüsurlarını aşkar etmək üçün ən optimal vaxt hesab edilir. Bu həftələrdə dölün ana bətnində bütün orqan və sistemlərinin formalaşmasını və eləcə də dölün ana bətnində inkişafını izləmək mümkündür.

Sonuncu müayinə doğuşa yaxın yəni 37- 38 həftələrdə aparılmalıdır.

Təkrarlanan hər müayinədə ultrasəs edilməsinin hər hansı bir qorxusu yoxdur.
Məlumat üçün Mərkəzimizin Radioloqu Dr.Elnur Orucəliyə təşəkkür edirik.

Leyla Medical Center
Sizin sağlamlığınız- bizim dəyərimizdir!
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group